16
Qazaxıstanda minimum əməkhaqqının 2027-ci il yanvarın 1-dən etibarən 110 min təngəyə (təxminən 240 dollar) çatdırılması planlaşdırılır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciəti zamanı bildirib.
Onun sözlərinə görə, hökumətə minimum əməkhaqqının 85 min təngədən 110 min təngəyə qaldırılması tapşırılıb. Bu, təxminən 29,4 faiz artım deməkdir.
Tokayev qeyd edib ki, bu qərar təxminən 1,8 milyon insanın, o cümlədən 370 min büdcə işçisinin gəlirlərinin artmasına səbəb olacaq.
Prezident, həmçinin gələn il sahə polis əməkdaşlarının maaşlarının təxminən 40 faiz artırılması barədə göstəriş verib.
