25
İspaniyada iki sərnişin qatarının toqquşması nəticəsində baş verən qəzanın fəsadlarının aradan qaldırılması üçün hadisə yerinə hərbçilər göndərilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Europa Press” agentliyi məlumat yayıb.
Məlumata görə, əməliyyata Mülki Qvardiyanın əməkdaşları da cəlb olunub. İspaniyanın Müdafiə Nazirliyindən bildirilib ki, hərbçilər artıq hadisə yerinə yaxınlaşırlar.
Qəza səhər saatlarında Kastiliya-La-Mança muxtar icmasının Toledo əyalətində, Urda yaşayış məntəqəsi yaxınlığında baş verib. Toqquşma nəticəsində qatarlardan birinin iki vaqonu relsdən çıxıb.
“Antena 3” telekanalının məlumatına görə, hadisə nəticəsində azı 50 nəfər həlak olub, 179 nəfər yaralanıb.
