İspaniya hökuməti Toledo əyalətində iki sərnişin qatarının toqquşmasının mümkün səbəblərindən biri kimi insan səhvini nəzərdən keçirir.
Ucnoqta.az xəbər verir ki, bu barədə “El País” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, qəza dəmir yolu şəbəkəsinin operatoru “Adif” əməkdaşının təhlükəsizlik sistemindəki nasazlıqla əlaqəli mümkün səhvi nəticəsində baş vermiş ola bilər.
Nəşrin məlumatına görə, sistem avtomatlaşdırılıb və nasazlıq səbəbindən qatarların hərəkəti dayandırılıb. Lakin idarəetmənin əl rejiminə keçirilməsi hərəkətin yenidən bərpa olunmasına və nəticədə faciəyə səbəb ola bilərdi.
“ABC” qəzetinin mənbələri isə təhlükəsizlik sisteminin təmiri ilə məşğul olan əməkdaşın qatarların təhlükəli şəkildə yaxınlaşması barədə xəbərdarlıq etmədiyini iddia edirlər.
“ABC”nin məlumatına görə, toqquşma nəticəsində azı 46 nəfər həlak olub.
