Estoniya piyada əleyhinə minaların ölkə ərazisi ilə daşınmasına qoyulan qadağanı ləğv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Estoniyanın ERR dövlət teleradio portalı məlumat yayıb.
Bildirilib ki, Estoniya parlamenti strateji təyinatlı yüklər haqqında qanuna müvafiq dəyişiklikləri qəbul edib. Dəyişikliklər piyada əleyhinə minaların ölkə ərazisi ilə daşınmasına qoyulan qadağanın aradan qaldırılmasını nəzərdə tutur.
Qərar təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əsaslandırılıb. Estoniya 2025-ci ilin sonunda piyada əleyhinə minaların istifadəsini qadağan edən Ottava Konvensiyasından çıxıb. Həmin dövrdə Latviya, Litva, Polşa və Finlandiya da konvensiyadan çıxıblar.
Qanun layihəsinin izahatında qeyd olunub ki, Estoniyada yerləşdirilən müttəfiq qüvvələrin bölmələrinin piyada əleyhinə minaların daşınmasına ehtiyacı yarana bilər.
