Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şimalında neft sızması nəticəsində 35-dən çox çimərlik və sahil ərazisi bağlanıb.
Ucnoqta.az xəbər verir ki, Umm əl-Qeyveyn və Ras əl-Xeymə sahillərində neft ləkəsinin sahəsi 750 kvadrat vahidə çatıb. Hazırda ərazidə təmizlik işləri aparılır, çirklənmiş qum qatı texnikanın köməyi ilə təmizlənir.
Neftin sahilə çatmasının qarşısını almaq məqsədilə Şarcə əmirliyində də çimərliklər müvəqqəti bağlanıb.
Hadisə bölgəsində istirahət edən turistlər sahildə mazutun görüntülərini sosial şəbəkələrdə paylaşırlar. Bu paylaşımlar bəzi BƏƏ sakinlərinin sərt reaksiyasına səbəb olub.
Məlumata görə, çirklənmə səbəbindən təmiz çimərliyi olan hotellərə köçmək istəyən turistlərin sayı çox olduğundan turizm şirkətləri onların müraciətlərini təmin edə bilmir. İstirahət edənlərə alternativ olaraq kiçik hovuzlardan istifadə etmək və ya təmiz sahillərə öz hesablarına getmək təklif olunur.
