Almaniyada şagirdlər və müəllimlər noyabrın 20-də Berlində etiraz aksiyası keçirəcəklər. Aksiyanın məqsədi ölkənin təhsil müəssisələrindəki problemlərə, əmək bazarındakı vəziyyətə və pensiya sisteminə diqqət çəkməkdir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniya Federal Şagirdlər Konfransının baş katibi Emi Kirxhof NTV telekanalının efirində bildirib.
Onun sözlərinə görə, aksiyada gənclər təşkilatları, təxminən 270 min müəllimi birləşdirən GEW həmkarlar ittifaqı, Federal Valideynlər Şurası və “Fridays For Future” iqlim hərəkatının nümayəndələri də iştirak edəcəklər.
Kirxhof qeyd edib ki, etiraz zamanı pensiya sistemi, əmək bazarı və məktəblərdəki gündəlik problemlər diqqət mərkəzində olacaq. O, xüsusilə bərbad vəziyyətdə olan məktəblərdəki şəraitin ideal vəziyyətdən uzaq olduğunu vurğulayıb.
