10
Yaponiya Hərbi Dəniz Qüvvələri 2027-ci ildən etibarən düşmən sualtı qayıqlarını aşkarlamaq və onlara hücum etmək qabiliyyətinə malik sualtı pilotsuz aparatların kütləvi istehsalına hazırlıq görməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Nikkei” biznes qəzeti məlumat yayıb.
Məlumata görə, layihənin maliyyələşdirilməsi üçün dövlət büdcəsi layihəsində vəsait ayrılması nəzərdə tutulub. Layihənin həyata keçirilməsi üçün özəl şirkətlər 2027-ci ildə seçiləcək. Sualtı zərbə dronlarının ilk sınaq nümunələrinin isə 2035-ci maliyyə ilinə qədər hazırlanması planlaşdırılır.
Hazırda Yaponiya Hərbi Dəniz Qüvvələrinin arsenalında sualtı pilotsuz aparatları var. Lakin onlar əsasən dəniz minalarının zərərsizləşdirilməsi üçün nəzərdə tutulub.
