23
Ermənistanın yeni Konstitusiyasının mətninin noyabr ayında ictimaiyyətə açıqlanması planlaşdırılır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan hökumət binasının qarşısında jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, fövqəladə bir hadisə baş verməsə, yeni Konstitusiyanın mətni gələn ay dərc olunacaq.
“Yaxın vaxtlarda, gələn ay ərzində. Əgər fövqəladə bir hadisə baş verməsə, Konstitusiyanın mətninin gələn ay dərc edilməsi planlaşdırılır”, – deyə Qalyan bildirib.
