23
Yeni Qvineya adası sahillərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin ocağı 23 kilometr dərinlikdə yerləşib.
Dağıntı və xəsarət alanlar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
