ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranla münaqişənin həlli üzrə danışıqları bərpa etmək məqsədilə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaiyə məktub göndərib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Vens bu addımı ABŞ Prezidenti Donald Trampın göstərişi ilə atıb. Vitse-prezident Tehran və Vaşinqton arasında yaxın həftələrdə hərbi əməliyyatların yenidən başlamasının qarşısını almaq üçün Trampı razı salmağa imkan verəcək ortaq məqamların olub-olmadığını müəyyənləşdirmək istəyir.
Nəşr qeyd edir ki, Vensin göndərdiyi məktubda konkret sülh təklifləri yer almayıb.
Qəzetin yazdığına görə, Vens açıq şəkildə İrana qarşı hərbi əməliyyatları dəstəkləsə də, qapalı müzakirələrdə hərbi əməliyyatın davam etdirilməsinin zəruriliyinə dair şübhələrini ifadə edib.
