17
Braziliyada prezident seçkilərində məğlub olan, çirkli pulların yuyulması işi üzrə araşdırma fonunda ABŞ-a gedən Flavio Bolsonaro özünü ölkənin seçilmiş prezidenti elan edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Folha de S.Paulo” qəzeti onun adından yayılan məktubun bir hissəsinə istinadən məlumat yayıb.
“Mən Braziliya xalqına və beynəlxalq ictimaiyyətə qanuni seçilmiş Braziliya prezidenti kimi müraciət edirəm”, – deyə məktubda bildirilib.
Senator seçkilərin nəticələrini tanımadığını bir daha bəyan edib və ABŞ Prezidenti Donald Trampa onu səmimi qarşıladığı üçün təşəkkür edib.
