24
ABŞ-ın Cənubi Karolina ştatında yerləşən Savanna-River Milli Laboratoriyasında baş verən yanğından sonra aparılan yoxlamalar zamanı radioaktiv çirklənmə aşkarlanmayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə nüvə kompleksinin administrasiyası məlumat yayıb.
Bildirilib ki, laboratoriyada baş verən yanğın artıq söndürülüb. Hadisədən sonra aparılan radiasiya yoxlaması zamanı çirklənmə səviyyəsi aşkar edilməyib.
