24
İspaniyanın paytaxtı Madriddə Toledo əyalətində baş verən və onlarla insanın ölümü ilə nəticələnən dəmir yolu qəzasına görə keçirilən etiraz aksiyası polislə nümayişçilər arasında toqquşmalarla başa çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Məlumata görə, oktyabrın 28-də nəqliyyat nazirliyinin binası qarşısına mindən çox insan toplaşıb. Aksiya zamanı polis bəzi iştirakçılara qarşı güc tətbiq edib və gözyaşardıcı qazdan istifadə edib. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçiləri dağıdıblar.
Aksiyanın ifrat sağçı qruplar tərəfindən təşkil olunduğu bildirilir.
