21
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Millətlər Liqasının qrup mərhələsinin ikinci turunda Belarusla keçirilən oyunun nəticələrinə görə Finlandiya Futbol Assosiasiyasını 30 min avro cərimələyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Belarus Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Sentyabrın 29-da Helsinkidə keçirilən qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb – 0:0.
Finlandiya tərəfi dövlət himnlərinin səsləndirilməsi zamanı qaydaların pozulmasına görə 10 min avro cərimələnib. Bundan əlavə, azarkeşlərin idman tədbirinin xarakterinə uyğun olmayan mesajlar nümayiş etdirməsinə görə də assosiasiyaya cərimə tətbiq olunub.
