20
Oktyabrın 29-da ölkə ərazisində qeydə alınan 39 cinayətin açılması polis tərəfindən təmin olunub.
Ucnoqta.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olan 97 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.
