20
Filippinin Luson adasında yerləşən Mayon vulkanı püskürüb. Bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.
Ucnoqta.az xəbər verir ki, vulkanın kraterindən qalxan kül 3 kilometr, dəniz səviyyəsindən isə təxminən 5,5 kilometr yüksəkliyə çatıb. Tüstü və kül buludu cənub-qərb istiqamətində yayılıb.
Püskürmə ilə əlaqədar hakimiyyət orqanları təhlükə səviyyəsini beşballıq şkala üzrə 2-dən 3-ə qaldırıb. Kraterdən 6 kilometr radiusda yerləşən yaşayış məntəqələrinin sakinlərinin təxliyəsini tövsiyə edilib.
Həmçinin vulkanik aktivlik nəticəsində daş uçqunları, palçıq axınları və digər təhlükələrin yarana biləcəyi barədə xəbərdarlıq edilib.
