24
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bredli Kuper prezident Donald Trampa İrana mümkün zərbələrin variantlarını təqdim edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Məlumata görə, Ağ Evdə keçirilən görüşdə ABŞ-ın müdafiə naziri Pit Heqset və Silahlı Qüvvələrin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn də iştirak ediblər.
Qəzet yazır ki, Kuperin Trampla bu cür fərdi görüşləri nadir hallarda baş tutur. Bu səbəbdən görüş ABŞ-ın İranla genişmiqyaslı hərbi əməliyyatlara başlamaq ehtimalını daha ciddi nəzərdən keçirdiyinə işarə edə bilər.
