22
ABŞ Müdafiə Nazirliyinin rəsmiləri NATO-nun bir sıra üzv ölkələrinə, ilk növbədə Baltikyanı dövlətlərə Rusiyadan qaynaqlandığı iddia edilən təhlükə ilə bağlı qarşıdurma xarakterli bəyanatların Avropanın təhlükəsizliyinə zərər vurduğunu bildiriblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Estoniya, Latviya və Litva nümayəndələri ilə ikitərəfli görüşlərdə ritorikanın yumşaldılmasının vacibliyini vurğulayıb.
Agentlik yazır ki, bu xəbərdarlıqların digər Avropa ölkələrinin hökumətlərinə də çatdırılıb-çatdırılmadığı məlum deyil.
Pentaqon isə ikitərəfli görüşlərin məxfiliyini əsas gətirərək agentliyin sorğusuna şərh verməkdən imtina edib.
