23
ABŞ-ın Oreqon ştatında iki helikopterin havada toqquşması nəticəsində üç nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yamhill dairəsi şerif ofisinin mətbuat xidməti məlumat yayıb.
Hadisə oktyabrın 29-da, yerli vaxtla saat 14:10 radələrində Makminvill şəhərinin şimalında, Amity-Dayton şosesi ilə Krinksşenk yolunun kəsişməsində baş verib.
Məlumata görə, Robinson R22 helikopterində Texas ştatından olan pilot-təlimatçı və onun Böyük Britaniyadan olan tələbəsi, Airbus helikopterində isə 38 yaşlı yerli sakin olub. Qəza nəticəsində hər üç şəxs həyatını itirib.
Hadisənin səbəbləri barədə hələlik məlumat verilməyib.
