22
Britaniyalı müğənni Corc Mayklın məşhur “Faith” klipində istifadə etdiyi gitara hərracda 240 min dollara satılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Sworder” hərrac evinin saytında məlumat verilib.
Təxminən 1945-ci ildə istehsal olunan “Gretsch Synchromatic 160” markalı akustik gitara 180 min funt sterlinqə (təxminən 240 min dollar) alıcı tapıb.
Musiqi alətini satışa müğənninin uzun illər köməkçisi olmuş Şivon Beyli çıxarıb.
Hərrac evinin məlumatına görə, gitara peşəkar şəkildə bərpa olunub və təmizlənib. Onun klipdəki ilkin görünüşünə qaytarılması üçün bəzi hissələri yenilənib, simləri dəyişdirilib. Orijinal simlər və bəzək elementlərinin böyük hissəsi isə qorunub saxlanılıb.
