29
Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə işçilərin əmək haqqını istənilən bankdan ala bilmələri barədə danışıb
Ucnoqta.az xəbər verir ki, bu barədə hüquqşünas, maliyyə eksperti Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb. Əkrəm Həsənovun sözlərinə görə, Taleh Kazımov gələn il aprelin 1-dən vətəndaşların maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklərini deyib.
“Bu, həm istehlakçı hüquqlarını qoruyacaq, həm də bazarda rəqabəti artıraraq faizlərin də enməsinə səbəb ola bilər”, – Ə.Həsənov qeyd edib
