116
Fransanın paytaxtı Parisdə əhalinin alıcılıq qabiliyyətinin azalmasına və yanacağın bahalaşmasına etiraz olaraq kütləvi aksiya keçirilir.
Ucnoqta.az xəbər verir ki, TASS-ın məlumatına görə, aksiyada minlərlə insan iştirak edir.
Etirazçılar Parisin şərqindəki Port-de-Banyole ərazisindən Port-de-Şaranton istiqamətində yürüşə başlayıblar.
Aksiya iştirakçıları üzərində “12 milyard avro yeni təyyarədaşıyan gəmi üçün deyil, təhsil üçün”, “Pullar liseylərə xərclənsin, müharibələrə və milyarderlərə deyil”, “Tələbə etirazı yaşasın” şüarları yazılmış plakatlar daşıyırlar.
Həmkarlar ittifaqları ilə yanaşı, tələbə və gənclər təşkilatları, eləcə də “Sarı jiletlilər” hərəkatının tərəfdarları da etiraz aksiyasına qoşulublar.
