İtaliyanın paytaxtı Roma 2036 və ya 2040-cı ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürməyə hazırlaşır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Roma meri Roberto Qualtyeri “La Repubblica” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, şəhərdə idman infrastrukturu və stadionlarla bağlı bir sıra layihələr üzərində iş aparılır. Roma futbol klubunun stadionu ilə bağlı layihənin irəlilədiyini deyən mer “Latsio” klubunun stadionu üzrə planların da gündəmdə olduğunu qeyd edib.
Qualtyeri bildirib ki, 2032-ci ildə İtaliya və Türkiyənin birgə ev sahibliyi edəcəyi futbol üzrə Avropa çempionatı ilə bağlı hazırlıqlar da Romanın Olimpiya namizədliyini gücləndirir.
“Bu, 2036 və ya 2040-cı il üçün irəli sürmək istədiyimiz Olimpiya namizədliyimizi gücləndirir”, – deyə Roma meri vurğulayıb.
