Beynəlxalq Enerji Agentliyi (BEA) 2026-cı ildə dünyada neftə tələbatın gündəlik 2,7 milyon barel azalacağını proqnozlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə agentliyin hesabatında bildirilib.
Beləliklə, BEA oktyabr ayındakı proqnozu ilə müqayisədə neftə tələbatın azalması ilə bağlı gözləntisini gündəlik təxminən 100 min barel artırıb. Agentlik əvvəlki hesabatında azalmanın gündəlik 2,6 milyon barel olacağını proqnozlaşdırmışdı.
Bununla yanaşı, agentlik cari ilin dördüncü rübündə dünya üzrə neft tələbatının azalmasının gündəlik 2,7 milyon barelə qədər yavaşlayacağını gözləyir. İkinci və üçüncü rüblərdə bu göstərici gündəlik 4,4 milyon barel təşkil edib. BEA bunu neft məhsullarının tədarükündə qismən sabitləşmə ilə əlaqələndirir.
Agentliyin qiymətləndirməsinə görə, neft istehlakının artımı 2027-ci ilin mart ayından etibarən müsbət zonaya keçəcək. Bu isə 2027-ci ildə neftə tələbatın gündəlik 2 milyon barel artmasını təmin edəcək.
