Hindistan və Banqladeş keçmiş Banqladeş baş naziri Şeyx Hasinanın vətəninə ekstradisiyası ilə bağlı noyabrın 17-18-də Dəkkədə keçirilməsi planlaşdırılan məsləhətləşmələri qeyri-müəyyən müddətə təxirə salıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times of India” nəşri məlumat yayıb.
Tərəflər danışıqların yeni tarixini açıqlamayıblar. Görüşdə həmçinin sərhədyanı əməkdaşlıq, viza prosedurlarının sadələşdirilməsi, hər iki ölkədə saxlanılan balıqçıların və digər vətəndaşların repatriasiyası, eləcə də qarşılıqlı hüquqi əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulurdu.
Nəşrin qeyd etdiyinə görə, məsləhətləşmələrin təxirə salınması iki ölkə arasında əsas əməkdaşlıq istiqamətləri üzrə qarşılıqlı əlaqə mexanizmlərində problemlərin yarandığını göstərir.
