27
Somalidə daşqınlardan sonra yoluxucu xəstəliklərin yayılması sürətlənib.
Ucnoqta.az xəbər verir ki, BMT-nin məlumatına görə, Mudug bölgəsində 5 vəba yoluxması təsdiqlənib, bir nəfər ölüb. İlin əvvəlindən bölgədə 5,8 mindən çox kəskin sulu ishal halı qeydə alınıb.
Hirşabelle ştatında isə 1,8 mindən çox qızılca və 102 difteriya şübhəsi aşkarlanıb. BMT daşqınlar nəticəsində su mənbələrinin çirklənməsinin xəstəliklərin yayılmasına təsir etdiyini bildirir. Dərman və tibbi ləvazimat çatışmazlığı səhiyyə müəssisələrinin işini çətinləşdirir.
