56
Qırğızıstanda prezident seçkilərində iştirak etmək niyyətini açıqlayan namizədlərin sayı 10-a yüksəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Bildirilib ki, noyabrın 12-də Mambetjunus Abılov prezidentliyə namizədliyini öz təşəbbüsü ilə irəli sürmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib.
Abılov əvvəllər Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri, Fövqəladə Hallar Nazirliyinin rəhbəri və ölkənin Türkiyədəki səfiri vəzifələrində çalışıb.
