46
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ras əl-Xeymə şəhərinin şimal-qərbində ticarət gəmisi naməlum mərmi ilə vurulub.
Ucnoqta.az xəbər verir ki, bu barədə dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış Britaniyanın “Ambrey” şirkəti məlumat yayıb.
Bildirilib ki, Hörmüz boğazından hərəkət edən yüklü gəmi Ras əl-Xeymə şəhərindən təxminən 14 dəniz mili şimal-qərbdə hücuma məruz qalıb. Zərbə gəminin arxa hissəsinə dəyib və nəticədə maşın şöbəsində yanğın başlayıb.
Şirkətin məlumatına görə, hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb.
