43
Avropa İttifaqı (Aİ) Əbu-Dabidə keçirilən danışıqları alqışlayır və eyni zamanda Rusiyaya qarşı 22-ci sanksiya paketini hazırlayır.
Ucnoqta.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Dublində Avropa Siyasi Birliyinin sammitinə gələrkən bildirib.
O, Aİ-nin Ukraynaya həm müharibə, həm də sülh dövründə dəstək göstərəcəyini vurğulayıb. Fon der Leyen, həmçinin Aİ-nin Əbu-Dabi danışıqlarında iştirak etdiyini iddia edib.
Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, Rusiyaya qarşı 22-ci sanksiya paketi və 2027-ci ildə Ukraynanın maliyyələşdirilməsinə dair təkliflər hazırlanır. Bu sənədlərin noyabrın 26-27-də Brüsseldə keçiriləcək növbəti Avropa Şurası iclasına qədər təqdim edilməsi planlaşdırılır.
