Çin hökuməti “Vahid Çin” prinsipi və “1992-ci il konsensusu” əsasında Tayvanla milli birləşmə məsələsinə dair dialoqa hazırdır.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin Çin Respublikasının ilk prezidenti Sun Yat-senin anadan olmasının 160 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
Si Cinpin qeyd edib ki, Pekin Tayvan cəmiyyətinin bütün təbəqələrini təmsil edən sağlam düşüncəli şəxslərlə Tayvan boğazının iki sahili arasındakı münasibətlər və milli birləşmə məsələlərini müzakirə etməyə hazırdır.
Qeyd edək ki, “1992-ci il konsensusu” Çin Kommunist Partiyası ilə həmin dövrdə Tayvanda hakimiyyətdə olan “Qomindan” partiyası arasında əldə edilmiş razılaşmadır. Razılaşmaya əsasən, dünyada yalnız bir Çin dövlətinin mövcudluğu qəbul edilir. Bununla belə, tərəflər bu prinsipi fərqli şəkildə şərh edirlər. Pekin ÇXR-i, Taypey isə Çin Respublikasını vahid Çinin təmsilçisi hesab edir.
