ABŞ-ın Nyu-York şəhərində üçmərtəbəli yaşayış binasının yaxınlığında aparılan torpaq işləri zamanı tikili qazılmış çuxura çöküb.
Ucnoqta.az xəbər verir ki, bu barədə şəhərin yanğınsöndürmə xidmətinin rəhbəri Con Espozito mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, hadisə yerində xilasetmə əməliyyatı aparılır. Yanğınsöndürənlər və polis əməkdaşları xüsusi təlim keçmiş itlərin köməyi ilə dağıntılar altında qala biləcək insanları axtarırlar.
Nyu-York meri Zoxran Mamdani bildirib ki, hadisə nəticəsində azı 2 nəfər ölüb, 17 nəfər yaralanıb. Yaralılar arasında bir yanğınsöndürən də var.
Yanğınsöndürmə departamentinin komissarı Lilian Bonsinyore isə dağıntılar altında hələ də neçə nəfərin qala biləcəyinin məlum olmadığını qeyd edib.///tass
