ABŞ-ın İranın quru sərhədlərini bağlamaq istiqamətindəki səyləri nəticəsiz qalıb. İslam Respublikasının qonşu ölkələri Vaşinqtonun bu siyasətindən narazıdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ İranın qonşu dövlətlərlə quru ticarət yollarını bağlamaq cəhdləri zamanı çətinliklərlə üzləşib. Amerika administrasiyasının rəsmiləri bir neçə həftə ərzində diplomatik vasitələrlə İranın qonşuları ilə quru sərhəd-keçid məntəqələrinin fəaliyyətini dayandırmağa çalışsalar da, buna nail ola bilməyiblər.
Söhbət ilk növbədə Türkiyə, İraq və Pakistandan gedir. Bu ölkələr ABŞ-ın siyasətindən getdikcə daha çox narahatlıq və narazılıq ifadə edirlər. Onların fikrincə, belə addımlar təkcə Tehrana deyil, sərhədyanı dövlətlərə də ciddi zərər vura bilər.
Qəzet qeyd edir ki, İranla ticarət marşrutlarının bağlanması sərhədin hər iki tərəfində yerli əhali arasında etirazlara və üsyanlara səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar qonşu ölkələr tərəfindən ABŞ rəsmiləri ilə danışıqlarda da dilə gətirilib.
