Bu gün hər kəs xeyirlə şər arasında könüllü və şüurlu seçim etməli olacaq. Unutmaq olmaz ki, hər bir qərar və onun ardınca atılan addım xoşagəlməz nəticələrə səbəb ola bilər.
Ucnoqta.az xəbər verir ki, buna görə də hər kəs özünə vacib bir sual verməlidir: biz işığın, yoxsa qaranlığın tərəfindəyik?
Gün münaqişəli keçə biləcəyindən istənilən vəziyyətdə özünü ələ almaq, təxribatlara kobudluq və emosional reaksiyalarla cavab verməmək tövsiyə olunur.
Qoç
Bu gecə gördüyünüz yuxu gələcəkdən xəbər verə bilər. Bununla belə, onu hərfi mənada qəbul etməyə tələsməyin. Şüuraltınızın sizə ötürmək istədiyi mesajın mahiyyətini anlamağa çalışın. Bu isə göründüyü qədər asan olmaya bilər.
Buğa
Bu gün yaxınlarınızın bəzi sözləri və hərəkətləri sizi ciddi şəkildə qıcıqlandıra bilər. Buna baxmayaraq, özünüzü ələ almağa çalışın və narazılığınızı açıq şəkildə nümayiş etdirməyin. Unutmayın ki, mənfi emosiyalar sabaha qədər keçib gedə bilər, amma münasibətlərdə yaranan inciklik uzun müddət qala bilər.
Əkizlər
Səhərdən etibarən əhvalınızın pozulması mümkündür. Bu vəziyyətdən çıxmaq üçün özünüzü işə və ya əl işi ilə bağlı sevimli məşğuliyyətinizə yönəldin. Beləliklə, həm mənfi düşüncələrdən uzaqlaşacaq, həm də faydalı və gözəl bir iş ortaya qoyacaqsınız.
Xərçəng
Bu gün, xüsusilə günün birinci yarısında istənilən mürəkkəblikdə işgüzar danışıqlar aparmaq üçün əlverişli zamandır. Tərəfdaşlar sizin təkliflərinizə müsbət yanaşacaq və ortaq məxrəcə gəlmək çətin olmayacaq.
Şir
Sağlamlığınıza diqqət yetirməyin vaxtıdır. Hazırda ciddi narahatlıq hiss etməsəniz də, imkan daxilində tibbi müayinədən keçməyiniz məsləhətdir. Müayinənin nəticələri hansı məsələlərə daha çox diqqət yetirməli olduğunuzu göstərəcək.
Qız
Bu gün hansısa səbəbdən alınmayan işi yarımçıq qoymaq istəyiniz arta bilər. Ancaq bu həvəsə qapılmayın. Bir qədər də səy göstərsəniz, öhdəsindən gəlməyin çətin göründüyü layihəni irəli aparmağı bacaracaqsınız.
Tərəzi
Bu gün diplomatik bacarığınız həmişəkindən daha çox lazım olacaq. Ətrafınızda tez-tez mübahisələr yarana bilər. Belə vəziyyətlərdə yalnız sizin təmkininiz və düzgün yanaşmanız münaqişələrin böyüyərək qalmaqala çevrilməsinin qarşısını ala bilər.
Əqrəb
Bu gün qarşınıza çıxacaq işarələrə və gözlənilməz hadisələrə xüsusi diqqət yetirin. Onlar mövcud həyat vəziyyətində düzgün istiqamət seçməyinizə kömək edə bilər. Gözləmədiyiniz məqamlarda qarşınıza çıxan fürsətləri nəzərdən qaçırmayın.
Oxatan
Bu gün özünüzü istəmədiyiniz işlərə məcbur etmək üçün əlverişli gün deyil. Əgər hansısa işi görmək həvəsiniz yoxdursa, daxili səsinizə qulaq asın və sizdə narahatlıq yaratmayan məşğuliyyətlərə üstünlük verin.
Oğlaq
Bu gün sizdə mənfi emosiyalar yaradan insanlarla ünsiyyətdən uzaq durmaq vacibdir. Belə söhbətlərdən heç bir fayda əldə etməyəcəksiniz, əksinə, əhvalınızın pozulması qaçılmaz olacaq.
Dolça
Bu gün uğur səhərdən etibarən dəqiq və ətraflı fəaliyyət planı hazırlayan, sonra isə ona ardıcıl əməl edənləri gözləyir. Plansız və qeyri-mütəşəkkil davrananlar isə qarşılarına qoyduqları məqsədlərin heç yarısına belə çata bilməyəcəklər.
Balıqlar
Bu gün ulduzlar sizə bol enerji vəd edir. Ancaq həmin enerjidən düzgün istifadə etmək vacibdir. Qarşınıza qoyduğunuz bütün vəzifələr arasında gücünüzü bərabər bölüşdürün və enerjinizi yalnız bir istiqamətə sərf etməyin.
