Yaxın günlərdə Günəş aktivliyinin aşağı səviyyədə olacağı gözlənilir. Noyabrın 12-14-də ciddi geomaqnit dəyişikliklərinin baş verəcəyi proqnozlaşdırılmır.
Ucnoqta.az xəbər verir ki, 2026-cı il noyabrın 12-14-ü üçün Günəş və geomaqnit aktivliyi ilə bağlı proqnozu ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozlaşdırma Mərkəzi yayıb.
Geomaqnit qasırğaları intensivlik səviyyəsinə görə K-indeksi ilə qiymətləndirilir. Bu göstərici 2-dən 9-a qədər dəyişir. K-indeksi nə qədər yüksək olarsa, maqnit qasırğasının gücü və onun texniki sistemlərə mümkün təsiri də bir o qədər artır.
Proqnoza əsasən, noyabrın 12-dən 14-dək Yer kürəsinin maqnit sahəsində ciddi pozuntular gözlənilmir. Günəş aktivliyi əsasən aşağı səviyyədə qalacaq, Yerin maqnitosferi isə nisbətən sakit olacaq.
Cümə axşamı geomaqnit aktivliyində K-indeksinin 3-ə qədər yüksəlməsi mümkündür. Bu, yaşıl səviyyə hesab olunur və zəif aktivliyə uyğundur.
Cümə və şənbə günləri isə geomaqnit aktivliyinin daha da azalacağı gözlənilir. Həmin tarixlərdə maqnit qasırğası proqnozlaşdırılmır.
