25
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Moskvaya gəliblər.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, amerikalı nümayəndələr paytaxtın Vnukovo hava limanında Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev tərəfindən qarşılanıblar.
Qeyd edək ki, Uitkoff və Kuşnerin Moskvaya səfəri Ukrayna müharibəsinin nizamlanması ilə bağlı Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlardan sonra baş tutub. Onların Rusiya Prezidenti Vladimir Putinlə görüşü gözlənilir.
