53
İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda, Xan Yunis şəhərində yerləşən “Nasir” xəstəxanası yaxınlığına endirilən zərbə nəticəsində HƏMAS-ın hərbi qanadının “Xan Yunis” briqadasının komandiri Məhəmməd Əbu İsmayılın öldürüldüyünü iddia edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zərbə cümə axşamına keçən gecə həyata keçirilib. Ordunun açıqlamasına görə, hücum zamanı xəstəxanada gizləndiyi bildirilən digər şəxslər də öldürülüb.
İsrail tərəfi Əbu İsmayılın çoxsaylı girovların saxlanılmasında iştirak etdiyini iddia edib.
