45
ABŞ Floridanın sahillərində, Meksika körfəzində SS United States sərnişin laynerini süni rif yaratmaq məqsədilə qəsdən batırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Məlumata görə, gəminin batırılması prosesi ilkin nəzərdə tutulduğundan daha uzun çəkib. Layihənin həyata keçirilməsi ABŞ hakimiyyətinə 13,5 milyon dollara başa gəlib.
Laynerin batırılmasında əsas məqsəd dünyanın ən böyük süni rifini yaratmaq və bölgəyə daha çox dalğıc cəlb etməkdir.
Qeyd edək ki, SS United States 1952-ci ildə ilk səfəri zamanı Atlantik okeanında sürət rekordu müəyyən edib. Gəmi okeanı 3 gün 10 saat 40 dəqiqəyə keçərək saatda təxminən 67 kilometr sürətə çatıb. Laynerin uzunluğu 305 metr olub.
