48
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin başa çatdırılmasına kömək etmək planlarına sadiq qalır.
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.
Uitkoff qeyd edib ki, Tramp münaqişənin mümkün qədər tez başa çatdırılmasını vacib hesab edir.
“Biz öz tərəfimizdən münaqişənin başa çatdırılması üçün lazım olan hər şeyi edirik”, – deyə o vurğulayıb.
