26
ABŞ-ın müdafiə naziri Pit Hegset Vaşinqton yaxınlığındakı Arlinqton qəbiristanlığında Naməlum Əsgərin məzarı önündə gülməsinə görə ona irad bildirən hərbçini mükafatlandırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Heqset “X” sosial şəbəkəsində hərbçiyə qüsursuz xidmətə görə medal təqdim etdiyi fotoları paylaşaraq ona təşəkkür edib. Qəzetin məlumatına görə, mükafata ABŞ Quru Qoşunlarının fəxri qarovulunun üzvü, mütəxəssis Tomas İqlesias layiq görülüb.
Pentaqon nümayəndəsinin sözlərinə görə, hərbçi hər kəsə davranış qaydalarına riayət etməyin vacibliyini düzgün və hörmətli şəkildə xatırladıb.
