64
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə Kremldə keçirilən görüşdən sonra Ukrayna münaqişəsinin nizamlanması üzrə üçtərəfli danışıqların yeni raundunun keçirilməsi barədə razılıq əldə olunduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, Uitkoff CNN-ə müsahibəsində danışıqlarda irəliləyiş əldə edildiyini və növbəti görüşün təyin olunduğunu deyib. Onun sözlərinə görə, yeni mərhələdə Avropa nümayəndələri də iştirak edəcəklər.
