26
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İsrail Müdafiə Ordusunun ABŞ-dakı nümayəndələrinə İranla hərbi əməliyyatların yenidən başlaya biləcəyi ehtimalına hazırlaşmağın vacibliyini çatdırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrailin dövlət yayım şirkəti “Kan” ABŞ-dakı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, İsrailə və Fars körfəzi ölkələrinə təhlükəsizlik kanalları vasitəsilə Tehranla müharibənin yaxın vaxtlarda yenidən başlaya biləcəyi ehtimalına hazırlaşmaq barədə siqnallar göndərilib.
“Kan” qeyd edir ki, bu mesajlar ABŞ Prezidenti Donald Trampın İranla hərbi əməliyyatların bərpasına ehtiyac görmədiyi barədə son açıqlamaları ilə ziddiyyət təşkil edir.
