29
İngiltərə millisinin hücumçusu Harri Keyn milli komandada keçirdiyi oyunların sayına görə yeni rekorda imza atıb.
Ucnoqta.az xəbər verir ki, Xorvatiya yığmasına qarşı UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur matçı Keyn üçün 126-cı olub. Bununla da o, əvvəllər sabiq qapıçı Piter Şiltonla bölüşdüyü birinciliyi təkbaşına ələ keçirib.
33 yaşlı futbolçu 2023-cü ilin yayından Almaniyanın “Bavariya” klubunda çıxış edir.
