Kriptovalyuta birjası Binance oktyabrın 29-da baş verən haker hücumundan zərər çəkən istifadəçilərin aktivlərini tam həcmdə qarşılayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə kriptobirjanın yaydığı məlumatda bildirilib.
Açıqlamaya görə, zərərin ödənilməsi üçün şirkət 6,34 milyard dollardan çox öz vəsaitini yönəldib. Binance həmçinin zərərçəkmiş tokenləri bazardan və birjadankənar əməliyyatlar vasitəsilə geri alıb, SAFU fondunun, fyuçerslərin sığorta fondunun və korporativ vəsaitlərin bir hissəsindən istifadə edib.
Binance oktyabrın 29-da haker hücumuna məruz qaldığını açıqlamışdı. İlkin hesablamalara görə, itkilər 6,3 milyard dollar təşkil edə bilərdi. Pul çıxarılması funksiyası bərpa edildikdən sonra istifadəçilər təxminən 3,64 milyard dollar vəsait çıxarıblar.
