42
Çexiya Ukraynaya silahlarla təchiz oluna bilən 16 ədəd “Skyfox” təlim-məşq təyyarəsi tədarük edə bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə respublikanın sənaye və ticarət naziri Karel Havliçekə istinadən ČTK agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Ukrayna tərəfi daha əvvəl bu təyyarələrdən dördünün alınmasını təsdiqləyib. Çexiyalı sahibkarların nümayəndə heyətinə rəhbərlik edərək Ukraynaya səfər edən Havliçek Baş nazir Sergey Koretski ilə danışıqlar aparıb. Görüşdə əlavə “Skyfox” təyyarələrinin tədarükü məsələsi də müzakirə olunub.
Qeyd edək ki, “Skyfox” səs sürətindən aşağı sürətlə uçan təlim-məşq təyyarəsidir. O, pilotsuz uçuş aparatlarının məhv edilməsi üçün də istifadə oluna bilər.
