43
ABŞ-nin Polşada daimi hərbi baza yaratması ilə bağlı yekun qərarın dekabrın 3-4-də verilməsi gözlənilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Polşanın müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çarnetska TVN24 telekanalına açıqlamasında bildirib.
“Dekabrın ilk günləri, yəni 3-4 dekabr, Prezident Donald Trampın bu sənədlə bağlı qərar verəcəyi tarix olmalıdır”, – o, deyib.
Nazir müavini ABŞ hərbi bazasının yerləşə biləcəyi ərazinin adını açıqlamaqdan imtina edib. Jurnalistin sualına cavab olaraq yalnız “Polşanın qərbi” deməklə kifayətlənib.
