Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibə dövründə ümumi canlı qüvvə itkisi 1 milyon 618 min 920 nəfərə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, son sutka ərzində Rusiya ordusu daha 2 590 hərbçi itirib. Bundan başqa, Ukrayna müdafiə qüvvələri Rusiyaya məxsus xeyli sayda hərbi texnikanı məhv edib və sıradan çıxarıb.
Rusiyanın 13 noyabr tarixinə olan ümumi itkiləri:
Şəxsi heyət – 1 618 920 (+2 590);
Tanklar – 12 472 (+1);
Zirehli döyüş maşınları – 25 731 (+11);
Artilleriya sistemləri – 52 322 (+44);
Reaktiv yaylım atəş sistemləri – 2 271 (+2);
Hava hücumundan müdafiə vasitələri – 1 756;
Təyyarələr – 452;
Helikopterlər – 356;
Yerüstü robot kompleksləri – 3 136 (+6);
Operativ-taktiki səviyyəli PUA-lar – 607 083 (+1 160);
Qanadlı raketlər – 5 196;
Gəmi və katerlər – 35;
Sualtı qayıqlar – 2;
Avtomobil texnikası və yanacaq daşıyan maşınlar – 174 307 (+469);
Xüsusi texnika – 4 905 (+6).
Qeyd edək ki, məlumatlar dəqiqləşdirilir.
