19
Kamçatka yarımadasında seysmik aktivlik orta səviyyədə qalır. Bölgədə gücü 4 baladək olan afterşoklar qeydə alınmaqda davam edir.
Ucnoqta.az bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı TASS-a məlumat verib.
Qurumdan bildirilib ki, son bir həftə ərzində iki hiss olunan zəlzələ qeydə alınıb. Kamçatka subduksiya zonasında seysmik aktivlik fon səviyyəsində orta olaraq qiymətləndirilir.
