Duş qəbul edərkən saçın, yoxsa bədənin əvvəl yuyulması dərinin sağlamlığına təsir edə bilər. Mütəxəssislər bu ardıcıllıqla bağlı fərqli fikirlər səsləndirsələr də, bəzi dermatoloji problemlərin qarşısını almaq üçün saç yuyulduqdan sonra bədənin təmizlənməsi tövsiyə olunur.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazıb.
Lester Universitetinin mikrobioloqu Primrouz Fristoun əvvəlcə saçların yuyulmasını, daha sonra üzün və bədənin təmizlənməsini məsləhət görür. Onun sözlərinə görə, saç vasitələrinin qalıqları dəriyə axaraq məsamələri tıxaya və xüsusilə alın, saç xətti, çiyin və boyun nahiyələrində səpgilərə səbəb ola bilər.
Lakin britaniyalı klinikanın mütəxəssisi Mətə Racput əks ardıcıllığı təklif edir: əvvəl bədən, sonra üz, ən sonda isə saçlar yuyulmalıdır. O hesab edir ki, bu, dərinin uzun müddət təmasda olmasının qarşısını alır.
Məqalədə qeyd olunur ki, bu məsələ ilə bağlı vahid elmi nəticə yoxdur. Dəri həssaslığı və səpgilərə meyilliliyi olanlar üçün saçları yuduqdan sonra üz və bədənin təmizlənməsi praktik seçim ola bilər.
Mütəxəssislər həmçinin çox isti sudan, aqressiv təmizləyici vasitələrdən və dərini sərt sürtməkdən çəkinməyi, saç vasitələrinin qalıqlarını isə yaxşı yaxalamağı tövsiyə edirlər.
