21
Qlobal istiləşmə səbəbindən Sibirdə ayılar əvvəlki illərlə müqayisədə qış yuxusuna daha gec gedirlər.
Ucnoqta.az bildirir ki, bu barədə Sibir Federal Universitetinin ov ehtiyatları və qoruq işi kafedrasının müdiri Savçenko məlumat verib.
Onun sözlərinə görə, 1960-cı illərdə ayılar sentyabrın sonlarından qış yuxusuna getməyə başlayırdılar. Bundan başqa, son 15-20 ildə meşələrdə bu heyvanların populyasiyası xeyli artıb.
Savçenko qeyd edib ki, 2026-cı il tayqada məhsuldarlığın aşağı olması ilə də yadda qalıb.
