Bitkoinin qiyməti 2026-cı il avqustun 20-dən bəri ilk dəfə 70 min dollar həddindən aşağı enib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Binance kriptovalyuta birjasının məlumatlarında bildirilir.
Məlumata görə, kriptovalyutanın qiyməti 66,91 min dollara düşüb. Bu, 2,17 faizlik azalma deməkdir.
Eyni vaxtda Ethereumun qiyməti də 1,8 faiz azalaraq 1983,44 dollar təşkil edib.
Coinglass platformasının məlumatına görə, son 24 saat ərzində dünya kriptovalyuta birjalarında 125,76 min treyderin ümumilikdə 901,89 milyon dollar dəyərində mövqeyi ləğv edilib.
Ləğvetmələrin 772 milyon dolları uzun (alış), 129,8 milyon dolları isə qısa (satış) mövqelərin payına düşüb. Ən böyük məcburi ləğvetmə əməliyyatı Hyperliquid birjasında BTCUSDT cütlüyü üzrə həyata keçirilib və 31,09 milyon dollar təşkil edib.
